Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

Ziyanın həcmi müəyyən edilir


Foto arxiv
Foto arxiv

Daşkəsən rayonunda baş verən qasırğa bina və evlərdə, o cümlədən rayonun yol, elektrik, rabitə təsərrüfatlarında fəsadlar törədib.

«Report» bu xəbəri Daşkəsən rayon İcra Hakimiyyətinə istinadən yayıb.

Xəbərə görə, axşam saatlarında başlayan və yağış ilə müşahidə olunan güclü külək nəticəsində Daşkəsən şəhərində 10-dan çox binanın dam örtüyü qismən və tamamilə dağılıb.

Xəbərdə deyilir ki, bir neçə ağac aşıb, elektrik və rabitə xətləri qırılıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb. Qasırğa nəticəsində rayona enerjinin verilməsi dayanıb.

İcra hakimiyyəti vurğulayıb ki, 4-saatlıq fasilədən sonra elektrik enerjisi gecə saatlarında bərpa olunub.

Hazırda təbii fəlakətin vurduğu ziyanın tamamilə aradan qaldırılması üçün tədbirlər görülür.

XS
SM
MD
LG