Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:39

'Respublika'nın aqibəti avqustun 27-də bəlli olacaq


REAL-çılar
REAL-çılar

-

Sentyabrın 26-da keçiriləcək referendumun təşviqat kampaniyasında iştirak etməkdən ötrü Mərkəzi Seçki Komissiyasina (MSK) beş təşəbbüs qrupu müraciət edib.

Onlardan üçü – “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş cəmiyyəti” artıq qeydiyyatdan keçib. Birinin – “Respublika” təşəbbüs qrupunun müraciəti isə baxılma ərəfəsindədir. MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli AzadlıqRadiosuna belə deyir.

“Beşinci qrup isə qeydiyyata tələb olunan sənədləri ümumiyyətlə, geri qaytarmadı. Bu, REAL-ın yaratdığı qrup idi”, – Əsədli deyir. REAL-ın bu addımı atmasının səbəbi haqda az sonra.

Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

VAXT BİTDİ

Avqustun 22-də təşviqat qrupunun qeydə alınması üçün sənədlərin təqdimetmə müddəti başa çatıb.

Beləliklə, Konstitusiyaya təklif olunan dəyişikliklərin səsverməyə çıxarılacağı referendumla bağlı yaradılan üç təşəbbüs qrupu artıq qeydiyyatdan keçib. “Yeni Azərbaycan” adından da göründüyü kimi iqtidar partiyası, “Bələdiyyə” bələdiyyə orqanları, “Vətəndaş cəmiyyəti” qeyri-hökumət təşkilatları tərəfindən yaradılıb.

Müraciəti baxılma mərhələsində olan “Respublika” təşəbbüs qrupunun yaradıcısı Müsavat Partiyasıdır.

Avqustun 27-də Mərkəzi Seçki Komissiyası “Respublika” təşviqat qrupunun qeydə alınmasını müzakirə edəcək. Bu haqda AzadlıqRadiosuna qrupun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı deyib.

Onun sözlərinə görə, qeydə alınmamaları üçün heç bir səbəb görmür.

“Avqustun 24-də MSK-ya dəvət edilmişdik. Orda bizə sənədlərlə bağlı irad bildirilməyib. Güman edirəm ki, sənədlər yerindədir və qeydə alınmamağa heç bir əsas görmürəm”, - Aslanlı bildirir.

Buna da bax: Referenduma hansı məsələlər çıxarılacaq? (Küçə sorğusu)

GƏLƏN HƏFTƏSONU TƏŞVİQAT BAŞLAYIR

Təbliğat-təşviqat kampaniyası sentyabrın 3-də başlayır, sentyabrın 25-də səhər saat 8-də başa çatdırılacaq.

Gülağa Aslanlının sözlərinə görə, qeydiyyata alınacaqları halda kampaniya dövründə paytaxtda kütləvi tədbirlər, rayonlarda seçicilərlə görüşlər keçirməyi planlaşdırırlar.

“REAL”-ın İdarə Heyətinin üzvü Azər Qasımlı da deyir ki, onlar bacardıqları kimi referendumla bağlı təşviqatlarını aparacaqlar. Bu zaman sosial şəbəkələrin gücündən yararlanacaqlar. Eyni zamanda, vətəndaşlarla canlı görüşlərdə iştirak edəcəklər.

O ki qaldı, qeydiyyat sənədlərini MSK-ya verməmələrinə, Qasımlı deyir ki, “heç bir anlamı olmayan” imzatoplama kampaniyasında iştiraka ehtiyac görməyiblər. Bundan başqa, bu ərəfədə qurumun üzvlərinin saxlanılması, həbsi də bu qərara təsir göstərib:

“REAL-ın icra katibi Natiq Cəfərli təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrindən biri idi. Bizim daha iki səlahiyyətli nümayəndəmiz həbs edildi. Bunun da təsiri vardı. Amma digər tərəfdən, biz imza kampaniyasına önəm vermədik. Bizdən ötrü önəmli olan vətəndaşlarla ünsiyyət, onları məlumatlandırmaq, fikirlərimizi çatdırmaqdır”.

Yerli və beynəlxalq ekspertlərsə referendumla bağlı təşviqat kampaniyasına ayrılan vaxtın az olduğunu deyirlər. Onların qənaətincə, ciddi təşviqat aparmağa 3 həftə çox azdır.

HƏFTƏDƏ 45 DƏQİQƏ

Seçki Məcəlləsinə görə, referendumda təşviqata radio və televiziyada ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır. Həmin vaxt qeydə alınmış təşəbbüs qrupları arasında bərabər həcmdə bölünməlidir. “Respublika” qeydə alınarsa, dörd təşəbbüs qrupuna həftədə 45 dəqiqə ayrılacaq.

Sentyabrda Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər arasında ən çox müzakirə edilənləri prezident seçilməkdən ötrü yaş məhdudiyyətinin götürülməsi, dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, eləcə də ona növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilməsidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG