İraq parlamenti müdafiə naziri Khaled al-Obeidiyə etimadsızlıq göstərib.
O, korrupsiyada ittiham olunur.
142 deputat onun əleyhinə, 102 deputat lehinə səs verib,18 nəfərsə bitərəf qalıb.
O, şiə baş nazir Haidar al-Abadinin əsas sünni müttəfiqlərindən biridir.
Səsvermə İraq ordusunun “İslam Dövləti” qrupunun nəzarətində olan Mosul şəhərinə hücuma hazırlaşdığı dövrdə keçirilib.
Obeidi parlamentin sədri Salim al-Jaburi, digər məmurlar və iş adamlarını ona qarşı sövdələşmədə ittiham edir.