Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

Azərbaycan olimpiyaçıları qayıtdılar


Radik İsayev
Radik İsayev

Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları avqustun 23-də Bakıya qayıdıblar.

AZƏRTAC xəbər verir ki, olimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri gül-çiçəklə qarşılayıblar.

APA-nın xəbərinə görə isə, avqustun 23-ü Füzuli və Cəbrayılın işğal günü olduğundan, qarşılanma zamanı şən musiqilər səsləndirilməyib, yalnız hərbi musiqilər ifa edilib.

XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanıblar. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medallardır.
Azərbaycanın hesabına qızıl medalı taekvondoçu Radik İsayev yazdırıb.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı getmişdi.

XXXI Yay Olimpiya Oyunları avqustun 5-də başlayıb, 22-də başa çatmışdı.

XS
SM
MD
LG