Avqustun 23-də futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
5 oyundan sonra qrup mərhələsinə düşən 5 komanda bəlli olacaq.
"Qarabağ"ı Çempionlar Liqasında mübarizədən kənarlaşdıranÇexiyanın "Viktoriya" klubu öz meydanında Bolqarıstanın "Ludoqorets" klubunu qəbul edir.
Qeyd edək ki, ilk oyunda 2:0 hesabı ilə bolqarlar qalib gəlib.
Qalan cütlüklər isə belədir:
Şotlandiyanın "Seltik"klubu İsraildə "Hapoel"lə, Polşanın "Legiya" klubu öz meydanında İrlandiyanın "Dandalk", "Roma" öz meydanında Portuqaliyanın"Portu", İspaniyanın "Vilyareal" klubu isə Fransada "Monako" klubu ilə qarşılaşacaq.
Pley-off-un digər 5 oyunu isə sabah keçiriləcək.
24 avqust
22:45. APOEL (Kipr) - “Kopenhagen” (Danimarka)
İlk oyun – 0:1
22:45. “Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya)
İlk oyun – 1:1
22:45. “Mançester Siti” (İngiltərə) - “Styaua” (Rumıniya)
İlk oyun – 5:0
22:45. “Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya)
İlk oyun – 1:1
22:45. “Borussiya” (M, Almaniya) - “Yanq Boyz” (İsveçrə)
İlk oyun – 3:1