Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 18:41

Belarusda qəpik udan uşaqlar


-

Belarusda xırda pulların yenidən dövriyyəyə buraxılmasından sonra balaca uşaqlar onları udmağa başlayıb. İndi tez-tez həkimlər belə hallarla rastlaşırlar.

Sovet höküməti dağılandan sonra Belarusda udulmuş qəpik pullardan boğulma halları, demək olar ki, yoxa çıxmışdı.

İndi isə xırda pulların yenidən dövriyyəyə qayıtması ilə boğulma halları qeydə alınmağa başlayıb. Belə ki, yeni, parlaq, balaca qəpikləri ağzına qoymaq uşaqlara çox cazibəli gəlir. Respublika Elmi Mərkəzində iyul ayının iki həftəsində cərrahlar günə 10 dəmir pul udulması faktı ilə üzləşirlər.

Onların yarısı əməliyyat olunub. Əməliyyatda endoskop adlanan nazik boru uşaqların ağzından salınaraq, mədəsinə gedən yola və bağırsağının yuxarı hissəsinə salınır.

Uşaq cərrahiyə mərkəzinin rəhbəri Alyaksandr Svirsky Azadlıq Radiosuna deyib ki, dəmir pulları udanlar 2-5 yaş arası uşaqlardı.

Svrisky deyir ki, uşaqlar 2-5 yaş arasında dünyanı öyrənməyə başlayırlar. Onlar dünyanı təkcə öz gözləri ilə öyrənmirlər, hər şeyin dadını da bilmək istəyirlər. Uşaqlar hər şeyi, xüsusilə parlaq qəşəng şeyləri ağzına soxub dadını bilmək istəyir. Həkimin sözlərinə görə, əməliyyatlar üçün xüsusi ləvazimatlar da alınıb.

“Çünki bizdə böyük bir nəsil qəpik pullarsız keçinib, indisə biz düşünürük ki, qəpik udan uşaqların sayı çoxalacaq. Bundan əvvəl isə bu kimi hadisələr az idi, və qəpiklər də xarici ölkə qəpikləri idi.”

Həkim Oleq Pataleta deyir ki, "xəstəxanamız numismatik kolleksiya yığıb. Orda balaca pasiyentlərimizin mədəsindən Azərbaycan, Ukranya, Ərəb Əmirlikləri, Fransa və Almaniyaya aid qəpik pullar çıxarılaraq toplanıb."

XS
SM
MD
LG