Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:18

Atəşkəslə bağlı 23 avqust açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 17 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqeləri atəşə tutulub.

Bundan başqa, işğal altında olan Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndləri və Goranboy rayonu istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG