Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 12:32

Polis cibə yerləşə bilən kitablar axtarır...

Türkiyədə uğursuz hərbi çevriliş cəhdinin ardınca Azərbaycanda da bu çevrilişdə ittiham edilən Fetullah Gülenle bağlılıqda ittiham edilənlərin təqibinə başlanıb. Xüsusilə AXCP sədrifəalları bu ittihamla, evlərindən, maşınlarından Gülenin kitablarının çıxması ittihamları ilə həbs edilənlər var. AXCP və başqa müxalifət qüvvələri bunları əsassız ittihamlar, əslində hakimiyyətin öz rəqiblərini cəzalandırmaq üçün istifadə etdiyi uydurma ittihamlar adlandırırlar. Gündüz Ağayev də növbəti siyasi karikaturasını Gülenin kitablarını saxlamaq ittihamları ilə həbs olunanlara həsr edir.

BAŞQA KARİKATURALARI DA BURADA İZLƏYİN

 

​​

XS
SM
MD
LG