Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

Əmanətlərin yarısı ödənilib


Manat
Manat

Lisenziyası ləğv olunan 4 kommersiya bankının -«Parabank», «Zaminbank», «Kredobank» və «Dekabank»ın əmanətçilərinə ümumilikdə 56.4 milyon manat ödəniş edilib.

Bu, ödənilməli olan ümumi məbləğin təxminən 51%-ni təşkil edir.

Xəbəri «Report» Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadən yayıb.

Xəbərə görə, kompensasiya almaq üçün «Dekabank», «Kredobank» və «Zaminbank»ın əmanətçiləri bankların baş ofisinə, «Parabank»ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Bu il iyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə adları çəkilən 4 bankın lisenziyası ləğv edilib və sığorta hadisəsi baş verib.

Bu ilin yanvar ayından bu yana lisenziyaları ləğv edilən bankların sayı 12 olub.

XS
SM
MD
LG