Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 03:58

Poroshenko deyir ki, ölkədə hərbi vəziyyət elan edilə bilər


Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, əgər Donbas və Krımla sərhəddə vəziyyət gərginləşsə, ölkədə hərbi vəziyyət elan edilə bilər.

O belə bir bəyanatla Lvov vilayətində hərbçilərlə görüşdə çıxış edib.

Poroşenko deyib ki, Ukrayna Rusiyanı danışıqlar masasına qaytarmaq istəyir və bu onun qəti mövqeidir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin, avqustun 10-da Krımda terror aktının qarşısını alması barədə yaydığı məlumatdan sonra, tərəflər arasında münasibətlər gərginləşib.

Kiyev ittihamı rədd edir.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Rusiya həmin il Krımı ilhaq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG