Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:49

Veteran futbol həkimi idmançıların ölüm səbəblərini izah edir edir


Veteran futbol həkimi Boris Xetaqurov
Veteran futbol həkimi Boris Xetaqurov

Avqustun 15-də Zaqatala futbol klubunun Nigeriyadan olan oyunçusu Maykl Umanyika məşq zamanı vəfat edib.

Klubun prezidenti Musa Qurbanov APA-ya deyib ki, ötən mövsüm komandada oynayan futbolçu bütün müayinələrdən keçmişdi. “Ancaq indi təzə gəlib. Məşqdə də belə olub”.

Zaqatala Mərkəzi Xəstəxanasından bildiriblər ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.

40 il “Neftçi” futbol klubunun həkimi olmuş, əməkdar həkim Boris Xetaqurov AzadlıqRadiosuna deyir ki, Maykl Umanyikanın ölümü haqda onda konkret məlumat yoxdur, bu barədə ancaq KİV-lərdən oxuduğu qədər bilir.

– Nə demək olar. Rəsmi məlumat yoxdur, yazırlar ki, ürəklə, trombla bağlıdır. Ancaq bu informasiya əsasında danışmaq məndən ötrü qeyri-peşəkar yanaşma olardı. Onlar yəqin tibbi müayinədən keçiblər, hər bir komandanın ştatlı həkimi olmalıdır, onları qrafiklə, ildə bir neçə dəfə tibbi yoxlamadan keçirməlidirlər.

Veteran futbol həkimi idmançıların sağlamlıq problemlərindən danışır
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00
Direct-ə keçid


Yığmanın həkimini Ukraynadan gətiriblər. “Neftçi”yə həkimi Moldovadan dəvət ediblər. “Qəbələ”də həmçinin. Belə şey olar? Hanı Azərbaycan həkimləri? Bizim güclü idman həkimi məktəbimiz vardı. Kamal Axundov, Murad Mərdanov... İndi isə gör, nələr baş verir. Mən sizə açıq deyərdim bəzi şeyləri, amma...

– Boris Naneeviç, son zamanlar bütün dünyada futbolçu ölümünün sayı artmaqdadır. Səbəbi nədir, sizcə?

– Gizli ürək patologiyaları ola bilər. Əgər travma almayıbsa, döş qəfəsi və ya ürək nahiyəsindən zədə almayıbsa, bu cür ölüm halları ürəyin fəaliyyətinin dayanması ilə bağlı ola bilər.

Yenə deyirəm, səbəb çox ola bilər, ürək-damarla bağlı gizli patologiya da mümkündür, genetik, irsi patologiya da. Amma bununla belə hesab edirəm ki, hər bir komandada ciddi tibbi yoxlama olarsa...

O biri yandan, düşünmürəm ki, xarici klublarda bu məsələyə başdansovdu yanaşsınlar. Ancaq yenə də ciddi tibbi nəzarət olmalıdır. Son zamanlar təkcə futbolda yox, başqa idman sahələrində də, məsələn, yüngül atletikada, xokkeydə ölüm halları çoxalıb. Bu, bizə bir siqnaldır. Bizə – idman həkimlərinə siqnaldır ki, idmançıları diqqətlə tibbi yoxlamadan keçirməliyik. Diqqətlə, ən yüksək səviyyədə, kosmonavtları müayinədən keçirdikləri kimi.

Mən zamanında kosmonavtlarla da işləmişəm. Qeyri-təvazökar səslənsə də, gərək məni bağışlayasınız, mən futbolçuların necə müayinədən keçirilməsini yaxşı bilirəm. Son zamanlar idmançılar məşq zamanı fiziki baxımdan çox yüklənirlər, çox. İdmançılara qarşı tələb çox artır, fiziki gərginlik artır, bu, artıq bugünkü idmanda tələbə çevrilir. Buna görə ürək-damar fəaliyyətini ən müxtəlif testlərlə, ən müxtəlif parametrlər üzrə yoxlamaq lazımdır. Amma... Mən özüm futboldan incikliklə getmişəm.

– Niyə?

– Bu, özünütərif deyil, mənim ürəyimin fəryadıdır. Futbola 50 ilimi vermişəm. 1964-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirmişəm və o vaxtdan “Neftçi”də işə başlamışam. Beş il isə “Xəzər Lənkəran”da işləmişəm. Bu gün bir adam mənə məsləhət üçün müraciət etmir. Mənə pul, maaş lazım deyil. Siz bilirsinizmi, Azərbaycan futbolunda idman həkimlərinin əliylə nələr baş verir?

Son zamanlar idmançılar məşq zamanı fiziki baxımdan çox yüklənirlər, çox. İdmançılara qarşı tələb çox artır, fiziki gərginlik artır, bu, artıq bugünkü idmanda tələbə çevrilir. Buna görə ürək-damar fəaliyyətini ən müxtəlif testlərlə, ən müxtəlif parametrlər üzrə yoxlamaq lazımdır

Yığmanın həkimini Ukraynadan gətiriblər. “Neftçi”yə həkimi Moldovadan dəvət ediblər. “Qəbələ”də həmçinin. Belə şey olar? Hanı Azərbaycan həkimləri?

Bizim güclü idman həkimi məktəbimiz vardı. Kamal Axundov, Murad Mərdanov... İndi isə gör, nələr baş verir. Mən sizə açıq deyərdim bəzi şeyləri, amma...

İdman həkimləri futbolçuları taleyin ümidinə buraxıblar, həkimlər nə istəyir, onu da edir. İdmançı ilə bağlı plan olmalıdır, qrafik, tələb olmalıdır. Mən özüm Futbol Federasiyasına gedib xahiş etdim ki, pulsuz-parasız, ictimai əsaslarla nəsə edim. Mənim hələ gücüm var, təcrübəm var. Axırda da belə hadisə baş verdi.

Bilmirəm Zaqatalada həkim var ya yox, ştatlıdır, ştatdankənar? Tibbi yoxlama nə vaxt aparılıb, hansı səviyyədə aparılıb. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Mən ümumi danışıram. Bu araşdırılmalıdır.

Buna da baxın: Rəsul Çunayev yarımfinalda erməni idmançıya uduzdu



– Sizin təcrübədə belə hadisə olub? Ya kiməsə futbol oynamağı qadağan etmisizmi?

– Mənim təcrübəmdə olmayıb. Amma mənim vaxtımda futbolçu dopinq yoxlamasına düşməyib.

– Bu cür ölüm halları dopinqlə bağlı ola bilərmi?

– Çox çətindir demək, çox çətin. Hüquq-mühafizə orqanları araşdırmalıdır. Ancaq nəzəri cəhətdən mümkündür. Mənim müxtəlif ölkələrdən olan mütəxəssislərlə yaxşı əlaqələrim, informasiyalarım var: Almaniya, Türkiyə, İtaliya, Rusiya, Bolqarıstanla yazışıram. Ölüm səbəbi çox ola bilər, mütəxəssislər açıqlama verməlidir. Bu ölüm xəbərlərini oxuyandan özümə gəlmirəm. Necə yəni bizdə birinci liqada oynayan futbolçu məşqdə ölür? Dəhşətdir! Niyə ölməli idi? Bəlkə də həkimlər günahsızdır?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG