Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 22:35

Trump sərt miqrasiya siyasətindən dönmək istəmir


Donald Trump

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trump “İslam Dövləti” qrupu ilə mübarizədə Rusiya ilə əmkədaşlıq etmək fikrində olduğunu bildirib.

O, bunu Ohayo ştatında xarici siyasət proqramı ilə bağlı çıxışında deyib.

Trump deyib ki, biz özümüzə dostlar təyin edə bilmərik, amma düşmənlərimizi ayırd edəndə yanılmamalıyıq.

Respublikaçı namizəd həmçinin radikal islamçı qruplarla mübarizədə NATO ilə yaxından əməkdaşlıq edəcəyini bildirib.

O deyib ki, prezident seçilsə, ilk növbədə “Radikal islamçılıq” la bağlı xüsusi komisiya yaradacaq.

Trump hesab edir ki, Dövlət Departamenti, sakinləri ABŞ-a mühacirət edə bilməyəcək dünya regionlarının siyahısını hazırlamalıdır.

XS
SM
MD
LG