Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:19

'Kəfənlilər' Türkiyə və Gürcüstanda da aksiyalarını davam etdirirlər


Kəfənə bürünüb etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Arxivdən: bu ilin qışında - fevralın 12-də də eyni insanlar kəfənə bürünüb Bakıda Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirmişdilər.

Onlara tez-tez Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Ədliyyə Nazirlyinin qarşısında rast gəlinir. Bakıdan və bölgələrdən olan bir qrup dərdli insan uzun illərdir ki, bir parça mələfəni boyunlarına taxıb ölkəiçi qurumlara üz tutub, qarşılaşdıqları ədalətsizliklərə son qoyulmasını tələb edirlər. Illərdir ki, kimi həyat yoldaşının qanunsuz həbsindən, kimi bir məmur möhürü ilə yüzillik dədə-baba mülkünün əlindən çıxmasından, kimi səhiyyədən, polisdən, məhkəmədən şikayətçi düşüb.

​​ÇOXU PULSUZLUQDAN GEDƏ BİLMƏYİB

Bu qurumların qarşısında toplaşa-toplaşa özləri demiş, “böyük bir ailəyə” çevriliblər.

Bu yaxınlarda isə onlardan üçü etirazlarını ölkə hüdudlarından kənarda səsləndirməyə qərar veriblər. Həyat yoldaşının qanunsuz həbsinə görə boynuna kəfən taxan Sevda Süleymanova AzadlıqRadiosuna danışır ki, bu ilin mayında prezident İlham Əliyevin Türkiyəyə səfər etdiyini eşidər-eşitməz həmin ölkəyə yollanıblar:

“İlham Əliyevə yüzlərlə məktubumuz var. Hamısı da cavabsız qalıb. Biz də düşündük, yəqin, yazdıqlarımızı ölkə daxilindəki “əllər” prezidentə çatdırmır. Çoxu pulsuzluqdan gedə bilmədi, ancaq mən və daim birlikdə toplaşdığımız daha iki nəfər qərarımızı qətiləşdirib yola düşdük”.

Buna da baxın: Prokurorluq Natiq Cəfərlinin İlqar Məmmədovun köməyi ilə qrant aldığını bildirir

KONSULDAN CAVAB: "BİZİ BİABIR EDƏCƏKLƏR”
Ankarada Azərbaycan konsulundan Türkiyədə İlham Əliyevlə görüşməyə imkan yaratmasını istəyiblər:

“Bildirdik ki, əgər burda da prezident bizi dinləməsə, kəfənlərimizi geyinib onun görüş keçirdiyi yerlərə gedəcəyik. Konsul dedi, “buradakı media Azərbaycandakından fərqlidir. Bir addım atsanız, çəkib dünyaya yayacaqlar, bizi biabır edəcəklər””.

Demələrinə görə, konsul ərizələrini, sənədlərini götürüb və Bakıya – Prezident Administrasiyasına göndərəcəyini vəd edib. Onlar Bakıya qayıdandan bir müddət sonra xəbər tutublar ki, ərizə və sənədləri Bakıya – illərlə qarşısında köç saldıqları eyni qurumlara göndərilib.

“GÜRCÜ POLİSİ SƏHƏRƏDƏK KEŞİYİMİZİ ÇƏKDİ”

Keçmiş MTN işçiləri tərəfindən şərləndiyini, döyüldüyünü və həbs olunduğunu iddia edən digər “kəfənli” Elmidar İsmayılov danışır ki, bundan sonra Gürcüstana gediblər. Tbilisidəki Azərbaycan konsuluna müraciət ediblər:

“Orada da sənədlərimizi götürüb söz verdilər ki, İlham Əliyevə göndərəcəklər, məsələni nəzarətdə saxlayacaqlar. Ancaq gəlib xeyli gözlədik, sorağı çıxmadı. İkinci dəfə yenə getdik. Səfirliyin işçiləri bizi içəri buraxmadılar. Üstəlik, mühafizəni, polis işçilərini çağırıb tapşırıq verdilər ki, bizi binadan uzaqlaşdırsınlar. Kəfənlərimizi geyinib səfirliyin qarşısında gecələdik. Gürcü polisi bizə bir çırtma da vurmadı, üstəlik, səhərə qədər keşiyimizi çəkdi ki, dəyib-dolaşan olmasın”.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

BİRCƏ KOSMOSA ÇIXMAQ QALIB
Bundan əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Qaynar xətt”ə bir neçə dəfə bildirib ki, boyunlarına kəfən geyinib qurumun qarşısına toplaşanların şikayətləri dəfələrlə dinlənilib. Onları hətta Baş prokuror da dinləyib, müvafiq tapşırıqlarını verib. Bəzi hallarda bu şikayətlərin quruma aidiyyəti olmayıb, bəzi hallarda şikayətlər əsassız olub.

Kəfənlilər bundan o tərəfə hansı addım atsınlar, bilmirlər. Deyirlər, qalıb bircə kosmosa çıxmaqları ki, ölkə başçısına dərdlərini oradan çığırıb çatdırsınlar. Onlardan biri Aliyə Təmrazova elə “kəfən mərasimlərindən” birində Baş Prokurorluğun vəzifəli şəxslərindən biri tərəfindən təhqir olunması iddiası ilə məhkəməyə müraciət edib. Vətəndaşın prokurorluq işçisinə qarşı məhkəməsi davam edir...

XS
SM
MD
LG