Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 13:37

Prokuror Permyakova ömürlük həbs cəzası istəyib


Valery Permyakov

Prokuror Gevorg Gevorgyan Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsini qətlə yetirməkdə ittiham olunan Rusiya əsgəri Valery Permyakova ömürlük həbs cəzası istəyib.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

Gümrüdəki Rusiya bazasının hərbi-qarnizon məhkəməsi2015-ci il avqustun 12-də Permyakovu bazadan silah oğurlama və fərrarilikdə təqsirli bilərək 10 il azadlıqdan məhrum edib.

Ermənistanda isə o, ayrıca kütləvi qətl törətməkdə ittiham olunur.

O, Avetisyan ailəsini 2015-ci il yanvarın 12-də tabeçiliyində olan avtomat silahla qətlə yetirib.

Avetisyan ailəsinin qətli həmin ilin yanvarında Gümrüdə etirazlara səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG