Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 19:03

Hakimi evində öldürüblər


Dağıstan, arxiv fotosu

-

Rusiyanın Dağıstan respublikasında hakim öldürülüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, avqustun 10-da gecə naməlum şəxslər qərbi Şamil rayonunda hakim Ubaidula Magomedov-in evinə giriblər, onu güllələyib çıxıblar.

Hadisə yerində müstəntiqlər işləyir.

Dağıstan polisi avqustun 11-də bildirib ki, regionun Botlix qərb bölgəsində şübhəli yaraqlı öldürülüb. Ərazidə antiterror əməliyyatı davam edir.

Dağıstan Şimali Qafqazda zorakılıqların episentrində dayanır, cinayətkar qruplar və yaraqlılar burada İslam xilafəti yaratmaq niyyətlərini açıqlayıblar.

XS
SM
MD
LG