Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 15:32

Danimarka polisi özünü partlatmaq istəyən qaçqını saxlayıb


Foto arxiv

Danimarka polisi özünü miqrant mərkəzində partlatmaqla hədələyən 1 kişini saxlayıb.

İnsident Nyuborq şəhərində baş verib.

“İndependent” qəzeti 22 yaşlı gəncin İrandan olan qaçqın olduğunu xəbər verir.

O binanın damına çıxaraq, özünü öldürməklə hədələyib. Amma heç bir tələb irəli sürməyib.

500 nəfərlik bu mərkəzdə evakuasiya olub.

Polis insidentin motivini araşdırır.

Hazırda Danimarkadan rəsmi qaydada 21 min qaçqın sığınacaq istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG