Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 04:21

"Harry Potter" seriyasından yeni kitab satışda


Qanun nəşriyyatından yeni çıxan "Harry Potter və alov qədəhi" kitabı
Qanun nəşriyyatından yeni çıxan "Harry Potter və alov qədəhi" kitabı

-

J.K.Rowling “Harri Potter və Alov Qədəhi” çıxıb

Bu günlərdə "Qanun" nəşriyyatından "Harry Potter" seriyasından yeni, dördüncü kitab çapdan çıxıb.

Yay tətili uzanır, qəhrəmanımız Harri isə məktəbin başlamasını səbirsizliklə gözləyir. Bu il onun Hoqvarts Sehrbazlıq və Cadugərlik Məktəbində dördüncü ilidir.

Öyrənməli olduğu sehrlər, iştirak etməli olduğu İksir və Öncədən Görmə dərsləri var. Amma gözlənilmədən Harrinin başının üstünü qara buludlar alır və ən qəddar düşməni ona qaçılmaz sonluq hazırlayır...

Özünəməxsus zəkası, incə yumoru, valehedici və dərin emosional ifadə tərzi ilə C.K.Roulinq necə usta yazıçı olduğunu bu kitabda da bir daha sübut edib.

Kitabı dilimizə Gülmira Fətullayeva çevirib.

XS
SM
MD
LG