Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:05

OPEK neftin bahalaşacağını gözləyir


arxiv
arxiv

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu ilin III və IV rübündə neftə tələbatın artacağını və neftin bahalaşacağını gözləyir.

OPEK-in hazırki prezidenti Qətərin energetika naziri Muhammad Saleh as-Sada deyib ki, OPEC bu ilin sentyabrında Əlcəzairdə keçiriləcək 15-ci Beynəlxalq Energetika Forumu çərçivəsində qeyri-rəsmi müzakirələr aparmağı planlaşdırır.

M.Saleh bildirib ki, bu ilin fevralından etibarən dünyanın müxtəlif regionlarında hasilatın azalması və ehtiyatların da azalmasından sonra neftin qiymətində stabil yüksəlmə müşahidə edilib. O qeyd edib ki, bir qədər əvvəl neftin ucuzlaşması müvəqqətidir.

Nazir əlavə edib ki, neft istehlakçısı olan böyük dövlətlərin iqtisadi göstəricilərinin yaxşılaşacağı gözlənilir: “OPEC vəziyyəti diqqətlə izləməkdədir, təşkilat neft bazarında sifarişlərin sabitliyinin təmin edilməsi üçün yolların və vasitələrin müəyyənləşdirilməsi məqsədilə daimi olaraq təşkilata üzv ölkələrlə müzakirələr aparır”.

XS
SM
MD
LG