Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 16:01

Müxalifətçini qeydiyyata almadılar


Rusiyada azad seçki tələbiylə etiraz aksiyası, 2012-ci il

-

Rusiyada müxalifətçi Maksim Reznik Sankt Peterburq Qanunvericilik Məclisinə təkrar seçilməkdən ötrü qeydiyyata alınmayıb.

Sankt Peterburqda seçki rəsmiləri avqustun 7-də qərar çıxarıb ki, Reznikin namizədlik üçün təqdim etdiyi imzaların 10 faizdən çoxu saxtadır.

Reznik sentyabr seçkilərində Artım Partiyasından tək mandat uğrunda mübarizə aparmaq istəyirdi.

Rəsmilərin bildirməsinə görə, ekspertlər Reznik-in təqdim etdiyi imzalardan çoxunun “bir əl”ə məxsus olduğunu müəyyənləşdirib.

Reznik-in hələ şansı var, Artım Partiyasından partiya siyahısı üzrə namizədliyini verə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG