Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

İki yeni gürcü romanı azərbaycanca


Gürcü ədəbiyyatından Azərbaycanca çap olunmuş iki kitab.
Gürcü ədəbiyyatından Azərbaycanca çap olunmuş iki kitab.

-

Gürcü ədəbiyyatından iki yeni roman azərbaycanca çıxıb

Otar Çiladze "Mart xoruzu"

1991-ci ildə qələmə alınmış roman müharibə sonrası Gürcüstanından bəhs edir. Baş qəhrəman gənc Niko tez-tez keçmişi, uşaqlıq illərini xatırlayır, doğma və yaxınlarının obrazlarını göz önünə gətirir. Romanın əsas mövzusu gənc oğlanan mənəvi kamilləşməsi, özünü tərbiyəsi üzərində qurulub. Kitab "Alatoran" nəşriyyatından, Gürcü Milli Kitab Mərkəzinin dəstəyilə çap olunub.

Giorgi Kekelidze "Quriya gündəlikləri"

2016-cı ildə Gürcüstanda bestsellerə çevrilmiş bu kitab 1990-cı illərə aid iki əhvalat üzərində qurulub. Gürcüstanın Quriya bölgəsindən Tibilisiyə gələn gənc elm sahəsində uğur qazanmaq istəyir, ancaq o tezliklə cinayətkar aləmin içinə düşür və sonda küçələrdə qalır. Onun daxili aləmində isə bütün bunlara qarşı mübarizə gedir, kitab da elə bu mübarizədən bəhs edir. Kitab "ADK" nəşriyyatında Gürcü Milli Kitab Mərkəzinin dəstəyilə çap olunub.

XS
SM
MD
LG