Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:11

Gürcüstan dağlarında 4 alpinist ölüb


Uşba dağının zirvəsi
Uşba dağının zirvəsi

Gürcüstanın daxili işlər nazirliyi avqustun 7-də Qafqaz dağ silsiləsində Uşba zirvəsini fəth etmək istəyən dörd alpinistin ölüm xəbərini təsdiqləyib. Onların ikisi Rusiya və Estoniya, daha ikisi İsrail vətəndaşıdır. Həlak olanların adları açıqlanmır.

Alpinistlər bir neçə gün öncə itkin düşüblər. Xilasetmə məqsədilə göndərilən axtarış qrupları cəsədləri avqustun 6-da tapıblar və Tbilisiyə gətiriblər.

Buna da bax: Qayalıqda yaşayanlar...

Rəsmi məlumata görə, alpinistlər dağ yamacından enərkən özlərini saxlaya bilməyiblər və uçurumdan yıxılıblar.

Uşba zirvəsi 4700 metr yüksəklikdə yerləşir və Qafqazın əlyetməz zirvələrindən sayılır. Bu zirvəni fəth etməyə dünyanın hər yerindən alpinistlər gəlir və hər il burda ölüm halları baş verir.

XS
SM
MD
LG