Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:48

Bir qrup Azərbaycan hərbçisi Əfqanıstandan qayıdıb


Azərbaycanlı sülhməramlılar
Azərbaycanlı sülhməramlılar

NATO-nun «Qətiyyətli dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən azərbaycanlı hərbçilərdən ibarət 44 nəfərlik qrup plana uyğun, rotasiya qaydasında Bakıya qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

NATO-nun «Qətiyyətli dəstək» missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

XS
SM
MD
LG