Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 23:43

Belçikada iki polis qadını kim bıçaqlayıb?


Brüssel, Belçika, iyun, 2016.

Belçikada avqustun 6-da silahlı şəxsin hücumu nəticəsində iki polis qadın yaralanıb. Hücum edən şəxs öldürülüb. Hüquq-mühafizə orqanları onun kimliyini və etdiyi hərəkətin məqsədini araşdırırlar.

Belçikanın baş naziri Charles Michel bəyan edib ki, hüquq-mühafizə orqanları terror aktı versiyasını nəzərdən keçirirlər. Məlumatı Associated Press yayıb.

Baş vermiş hadisədən sonra məzuniyyətini yarıda kəsən baş nazir bazar günü – avqustun 7-də keçiriləcək Belçikanın milli təhlükəsizlik şurasının toplantısında iştirak edəcək.

Bu ilin martında Brüsseldə intiharçı terrorçuların törətdiyi terror aktı nəticəsində 32 nəfər həyatını itirmişdi. Ötən ilin noyabrında Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra aparılan araşdırma zamanı hadisəni törədən terrorçuların böyük əksəriyyətinin Belçika paytaxtında yaşadığı ortaya çıxmışdı.


XS
SM
MD
LG