İyulun 29-da Yerevanda baş verən qarşıdurmaların təşkilatçılığına görə daha 8 nəfərə ittiham irəli sürülüb.
Onlardan üçü «İrs» Partiyasının, biri «Yeni Ermənistan» Hərəkatının fəallarıdır.
İyulun 17-də bir qrup silahlı Yerevandakı polis idarəsini ələ keçirib polisləri girov götürmüşdü. Həmin vaxt iki polis ölmüşdü, bir neçəsi yaralanmışdı. Silahlılar həbsdə olan keçmiş səhra komandiri Zhirayr Sefilian-ın azadlığa buraxılmasını tələb edirdilər. Silahlılar girovları azad etsələr də, onların aksiyası iyulun 31-dək davam etdi. Bundan sonra hökumət qüvvələri polis idarəsini onlardan aldı, silahlılar isə təslim oldu.
Həmin günlərdə müxalifətlə polis arasında baş verən qarşıdurmalar nəticəsində onlarla adam xəsarət aldı.
Silahlılar təslim olandan sonra 42 nəfər həbs edilib. Həbs olunanlardan üçü xəstəxanada yaralıdır.