Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:07

Azərbaycan rəssamı Vatikandan qraf titulu aldı


Sakit Məmmədov
Sakit Məmmədov

-

Vatikan Zadəgan Heraldika Akademiyası Azərbaycan rəssamı Sakit Məmmədova qraf titulunun verilməsi barədə qərar qəbul edib,

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, Avropa Təbiət Elmləri Akademiyası da rəssamı Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib.

Mükafatlar rəssama avqustun 5-də doğum günü münasibətilə təqdim edilib. Sakit Məmmədov buğun 58 yaşını tamamlayır.

Sakit Məmmədovun əsərləri məşhurların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, “Opera” qalereyasında (Sinqapur), Müasir İncəsənət Muzeyində (Bakı), Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

Buna da bax: Azərbaycanlı rəssam “minilliyin adamı” seçildi

Onun rəsmləri dünyanın nüfuzlu qalereyalarında nümayiş etdirilir.

Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib. Prezident İlham Əliyev məhz onun əsərini - Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib.

Bu il Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd olunarkən Sakit Məmmədov “Cıdır düzü” əsərini Vindzor qəsrində kraliçaya təqdim edib.

Sakit Məmmədov Britaniya kraliçası ilə
Sakit Məmmədov Britaniya kraliçası ilə

Sakit Məmmədovun rəsmi
Sakit Məmmədovun rəsmi

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG