Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 6-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz olacağını bildirir.
Yarımadada gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti proqnozlaşdırılır.
Ölkənin rayonlarında da bir elə yağıntı gözlənilmir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 20-25, gündüz 35-41, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı açıqlanır.