Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:53

Prezident nazirləri yığıb idman edir [Video]


Prezident məşq edir
Prezident məşq edir

Peru prezidenti Pablo Kuczynski nazirlərlə açıq havada idman edib.

*Youtube Kanalımıza 80 min abunə var! Hər gün yeni video izləyin

Yerli medianın xəbərinə görə, 77 yaşlı Kuczynski və nazirlər paytaxt Limada hökumət sarayının qarşısında musiqi sədaları altında idman edərkən, yoldan keçənləri çaşdırıb.

Kuczynski yarım saatlıq hərəkətlərdən sonra jurnalistlərə deyib ki, bununla xalqı sağlam həyata çağırır.

Perunun səhiyyə naziri Patricia Garcia deyib ki, idman məşqçilərinin iştirakı ilə bu seanslar hər həftə keçiriləcək: «Məqsədimiz xalqı idman etməyə həvəsləndirmək və köklüyü azaltmaqdır».

Peruda əhalinin yarısı köklükdən əziyyət çəkir.

İyunun 5-də prezident seçilən Pedro Pablo Kuczynski iyulun 28-də prezident kimi vəzifəsinin icrasına başlayıb.

XS
SM
MD
LG