Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton-un Las-Veqasda keçirdiyi mitinqdə heyvan haqları müdafiəçiləri də iştirak edib.
Clinton-un çıxışı zamanı bir qrup etirazçı heyvan haqlarına diqqət çəkmək istəyib. Clinton deyib: «Burdakı insanlar yəqin ki, Trump-a etiraz etmək üçün burdadır. Çünki Trump və uşaqları bir çox heyvanı öldürüb. Buna diqqət çəkmək istədiyinizə görə təşəkkür edirəm».
Bundan əvvəl Trump çıxışında Hillary Clinton-u «şeytan» adlandırmışdı.
ABŞ-da keçirilən son sorğulara görə, Clinton Trump-ı 10 faiz səslə qabaqlayır.
ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək.