Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 05:05

Supermarketlərin ƏDV dərdi həllini tapır


Supermarket
Supermarket

Bu ilin mayında supermarket sahibləri Əlavə Dəyər Vergisinin (ƏDV-nin) ticarət əlavəsindən tutulmasını istəmişdilər. Üstəlik, bununyalnız supermarketlərdə deyil, bütün pərakəndə satışda tətbiqində israr edirdilər. Bu istəklər həllini tapacaq kimi görünür. Prezident İlham Əliyevin avqustun 4-də imzaladığı və bu il vergi sahəsində aparılacaq islahatların istiqamətlərini təsdiqləyən sərəncamı vergi inzibatçılığının təkmilləşdirilməsinə də yol aça bilər.

VERGİLƏR NAZİRİ RƏDD ETMİŞDİ

ƏDV-nin ticarət əlavəsindən tutulmasını istəyən sahibkarlar iqtisadiyyat naziri Şahin Mustafayevə üz tutaraq, supermarketlərin vergi yükünün azaldılmasını xahiş etmişdilər. Ancaq vergilər naziri Fazil Məmmədov belə bir güzəştin mümkünsüzlüyünü bildirmişdi.Sahibkarların istəyi o idi ki, hər hansı kənd təsərrüfatı məhsulunu 1 manata alıb 1 manat 20 qəpiyə satırlarsa, vergi də həmin qazancdan - 20 qəpikdən tutulsun. Onların istəyi ət, balıq, ağartı və un məmulatına, eləcə də yumurta, düyü, yağ, meyvə-tərəvəz və uşaq qidalarına aid idi.

Buna da bax - Supermarketlər 'batırıq' deyir

VERGİ TİCARƏT ƏLAVƏSİNDƏN TUTULACAQ

Sözügedən sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq (malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən).

VERGİ YÜKÜ DƏFƏLƏRLƏ AZALIR?

İqtisadçı ekspert Qalib Toğrul deyir ki, hər şeydən əvvəl bu dəyişiklik pərakəndə ticarət sektorunda çalışanların vergi yükünü azaldacaq: «Çünki artıq pərakəndə ticarətlə məşğul olanlar ƏDV-ni malgöndərənə ödədiyi məbləğdən yox, satış qiyməti ilə adıçəkilən məbləğ arasındakı fərqdən ödəyəcək. Tutaq ki, pərakəndə ticarətçi topdan ticarətçiyə əvvəllər 10 kq una görə, kq-ı 2 manatdan olmaqla, cəmi 20 manat ödəyirdisə, buna uyğun olaraq, büdcəyə 3 manat 60 qəpik ƏDV ödəyirdi. İndi isə satıcı hər kq unun üzərinə, tutalım, 50 qəpik qoyub, 2 manat 50 qəpiyə satışa çıxaracaq. Başqa sözlə, artıq 90 qəpik ƏDV ödəyəcək».

Buna da bax - Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...

Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

«ƏDV... QİYMƏTİ YÜKSƏLDİRDİ»

Onun qənaətinə görə, bununla pərakəndə ticarət sisteminin çox köklü problemi çözüləcək: «Bu sistemdə gəlir çox olmadığından, ödənilən yüksək ƏDV, son nəticədə, istehlakçının cibindən çıxır və məhsulun qiymətini yüksəldirdi. Üstəlik, əvvəllər ƏDV ödəyicisi sadələşdirilmiş vergi ödəyicisindən (məsələn, kəndli fermerdən) mal alarkən, ödədiyi ƏDV-ni sonra əvəzləşdirə bilmirdi. Bu dəyişiklikdən sonra pərakəndə ticarətlə məşğul olan adam ödədiyi ƏDV-ni əvəzləşdirə bilməsə də, ƏDV-nin məbləği böyük olmadığından, bu onun maliyyə fəaliyyətini ciddi ölçüdə pisləşdirməyəcək».

«SUPERMARKETLƏR DAHA AZ VERGİ ÖDƏYƏCƏKLƏR»

İqtisadçı ekspert Vüqar Bayramov yada salır ki, Vergi Məcəlləsinə əsasən, ƏDV üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür: «Yeni qaydalara görə, pərakəndə ticarətdə ƏDV üzrə vergitutma obyekti ticarət əlavəsi olacaq. Bu, sözügedən fəaliyyət növündə çalışanların gəlirlərini stimuallaşdıracaq. Bu zaman pərakəndə satışla məşğul olanlar, o cümlədən supermarketlər daha az vergi ödəyəcəklər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG