Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:40

Azərbaycanda kimsə bu pulla özünü saxlaya bilər?


►Sosial ədalət varmı?

Azərbaycan cəmiyyətində sosial ədalət nə qədərdir? Bərabər imkanlar varmı?Dövlətin gəlirləri onun vətəndaşları arasında ədalətli bölünürmü? Sosial ədalət üçün nə etmək lazımdır?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qanunlarda sosial ədalət təsbit olunsa da cəmiyyətdə bu sahədə uçurum var. Sosial ədalətin olması üçünsə bütün sahələrdə ədalət bərqərar olmalıdır:

Natiq Cəfərli
Natiq Cəfərli

​“Əslində Azərbaycanın qanunları, Konstitusiyası sosial bərabərliyin, sosial ədalətin, sosial dövlətin olduğunu təsbit edib. Sadəcə bir çox qanunlar kağız üzərində qaldığı kimi burda da ciddi problemlər var. Və ən çox varlı kəsimlə, kasıb kəsimin arasında olan uçurumun yaranması sosial ədalətsizliyin özünün yaranmasının əsas göstəricilərindən biridir. Rəqəmlərdə də bu özünü birüzə verir. Müxtəlif araşdırmalarda bunu göstərir.

Natiq Cəfərli: "Kağızda var..."
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid


Orta aylıq əmək haqqının, orta aylıq təqaüdün, minimum əmək haqqının, yaşayış minimumunun həddindən artıq aşağı olması sosial ədalətin olmasını, sosial dövlət prinsiplərinin işləmədiyini göstərir. Sosial ədalətin olması üçün digər sahələrdə də ədalət olmalıdır. Yəni ayrıca götürülmüş bir sahədə ədalətin olması mümkün deyil. Sosial ədalətin olması üçün ədalətli məhkəmə sistemi, ədalətli biznes mühiti, ədalətli iqtisadi münasibətlər, ədalətli seçki olmalıdır. Bunlar hamısı bir- biri ilə çox bağlı məsələlərdir”.

BÜDCƏ ASILILIĞI

İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, sosial ədalət siyasəti mərhələli şəkildə büdcədən asılılığın aradan qaldırılması istiqamətində həyata keçirilməlidir:

Vüqar Bayramov
Vüqar Bayramov

“Sosial ədalət heç də gəlirlərin vətəndaşlar arasında bərabər şəkildə bölünməsi deyil. Gəlirlərin vətəndaşın bacarığına, qabiliyyətinə, işgüzarlığına, sərf etdiyi əməyə görə bölünməsi anlamına gəlməlidir. Sosial ədalətə inkişaf etmiş ökələrdə belə yanaşma dəyişib. Vətəndaş nə qədər çox çalışırsa, nə qədər çox çalışırsa o qədər çox gəlir əldə etməlidir.

Azərbaycanda gəlirlərin bölgüsü daha çox dövlət büdcəsindən əmək haqqlarının verilməsi, eyni zamanda yoxsulluq həddində yaşayan vətəndaşlar üçün ünvanlı sosial yardım proqramının tətbiqidir. Mən düşünürəm sosial ədalətə nəzəri yanaşma dəyişməlidir.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqlarının artırılmasına ehtiyac var. Qeyri-dövlət sahəsində çalışanlar özəl sektorun özünün yaratdığı dəyər hesabına maliyyələşməlidir. Yoxsulluq vəziyyətində yaşayanlara yardımların verilməsi vacibdir. Amma tədricən dövlət bu insanlar üçün daha çox iş yerlərinin yaradılması, özünün təminatının formalaşmasına yardım etməlidir. Yoxsulluq həddində yaşayan insanlar üçün dövlət büdcəsindən ayrılan yardımların hesablanaraq birdəfəlik vəsait kimi verilməsinə ehtiyac var ki, həmin şəxslər həmin vəsaitlə öz iş yerlərini qura bilsinlər. Sosial ədalət siyasəti mərhələli şəkildə büdcədən asılılığın aradan qaldırılması istiqamətində olmalıdır.”

Buna da bax: Ekspert: 'Sosial mənzillərin tikintisi bazara təsir göstərməyəcək'

KAĞIZDA VAR

Əkrəm Həsənov
Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycan qanunvericiliyi sosial yönümlüdür. Amma reallıqda biz bunun əksini görürük:

“Azərbaycan qanunvericiliyinə baxsaq, bizdə sosial yönümlü qanunvericiliyimiz var. Hətta Qərb ölkələrindən daha çox sosial meyllidir. Bu da keçmiş SSRİ-nin qalıqlarıdır. Misal üçün əmək qanunvericiliyi bizdə işçini qoruyur. Amma bunlar hamısı qanundadır. Reallıqda bu qanunlar işləmir.

Sosial müdafiə qanunvericiliyinə gəldikdə, bu da Azərbaycanda xeyli inkişaf edib. Bizdə çox ətraflı qaydalar var, sosial müavinətlər var. Amma bu müavinətlərin özü çox kiçikdir. Daha bir nümunə yaşayış minimumu haqqında qanunvericilikdir. Bu qanunda yaşayış minimumu elə az həddə təyin edilib ki, məlum deyil ki, bununla Azərbaycanda kimsə özünü saxlaya bilərmi?

Və qeyri bərabər münasibət vergi qanunvericliyində aydın görünür. Vergi qanunvericliyi prinsipcə hamıya bir gözlə baxır. Varlıları daha çox vergiyə cəlb etmir. Götürək əmlak, torpaq vergisini. Torpağın miqyasından asılı olmayaraq hamıdan eyni vergi tutulur. Halbuki kiminsə torpağı daha çoxdursa, ondan daha çox tutulmalıdır. Yəni qanunlarımızı götürsək, bərabərçilikdir. Amma praktikada belə deyil. Eyni hüquqlardan hamı eyni formada istifadə edə bilmir”.

XS
SM
MD
LG