Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin edildiyi bildirilir.
APA-nın xəbərinə görə, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, polis-polkovniki Oqtay Kərimov Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
O.Kərimov buna qədər həmin idarənin rəis müavini vəzifəsində çalışıb.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi olmuş polis general-mayoru Cavanşir Məmmədov bir müddət əvvəl yaş həddinə görə təqaüdə göndərilmişdi. C.Məmmədov 21 il həmin vəzifədə çalışırdı.