Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:34

39 dərəcə isti gözlənilir


Günəş
Günəş

Avqustun 4-ü Bakı və Abşeron yarımadasında havanın az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

Avqustun 4-də ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı bildirilir. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti ehtimal edilir.

XS
SM
MD
LG