Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 02:53

Hələbdə şiddətli döyüşlər gedir


Hələbdə döyüşlər
Hələbdə döyüşlər

Suriyanın Hələb şəhərində şiddətli döyüşlər davam edir.

Şəhərin şərqindəki mühasirəni yaran üsyançılar nəzarətlərində olan şəhərin qərb hissələrindəki ərazilərlə əlaqə qurmağa çalışır.

Suriya ordusu üsyançıların qarşısını Rusiya təyyarələrinin köməyi ilə almağa çalışır.

Hazırda döyüş gedən şəhərdə 250 min insan yaşayır.

Hələb vaxtilə Suriyanın ticarət paytaxtı sayılırdı. Zəngin memarlıq və mədəniyyətə sahib olan bu şəhər 5 il davam edən daxili müharibə nəticəsində xarabalığa çevrilib.

Bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi şəhərdə humanitar dəhlizin açıldığını, 200-ə yaxın adamın bu dəhliz yoluyla şəhəri tərk etdiyini bildirmişdi.

XS
SM
MD
LG