Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:57

'Qəbələ'-'Lill' oyununu rusiyalı hakimlər idarə edəcək


'Qəbələ'-'Appolo' oyunu. Foto arxiv
'Qəbələ'-'Appolo' oyunu. Foto arxiv

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində «Qəbələ» ilə «Lill» (Fransa) klubları arasında keçiriləcək cavab oyununu rusiyalı hakimlər briqadası idarə edəcək.

Avqustun 4-də keçiriləcək görüşün baş hakimi Aleksei Eskov-dur. Ona yan xətt hakimləri Dmitri Mosyakin və Igor Demeshko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vladimir Moskalev yerinə yetirəcək.

«Baksel Arena»da oynanılacaq görüşün start fiti 21:00-da veriləcək.

İyulun 28-də Lill şəhərində iki klub arasında keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı.

Bu oyunda qolsuz heç-heçə belə «Qəbələ»nin qələbəsini təmin edəcək.

XS
SM
MD
LG