Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:51

Nazir deyir ki, Türkiyəyə 100 milyard ziyan dəydi


Qiyamçılara basdırılmağa ayrılan məzarlıq
Qiyamçılara basdırılmağa ayrılan məzarlıq

Hərbi çevriliş cəhdi Türkiyəyə 100 milyard dollar ziyan vurdu. Bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci deyib.

Hürriyyet qəzeti yazır ki, Ankarada mətbuat konfransında nazir deyib ki, bütün təyyarələrin, helikopterlərin, silahların, uçurulan binaların qiymətini nəzərə alanda, bizim hesablamalara görə, qiyam 300 milyard türk lirəsi ziyan virub.

Tüfenkci deyib ki, daha detallı təhlil edəndə bu məbləğ yalnız böyüyə bilər: xaricdən bir çox sifarişlər ləğv olundu, xaricilər Türkiyəyə gəlməyi dayandırdı. Tüfenkci deyib ki, “qiyama görə Türkiyə haqda 3-cü dünya ölkəsi imici formalaşıb. Adamlar küçədə tank görürlər, bura gəlmək istəmirlər.”

XS
SM
MD
LG