Boliviya polisi 7 tondan çox kokain ələ keçirib.
Polis bildirib ki, kokain ABŞ-a göndəriləcəkmiş.
Narkotik maddə yük maşınlarında aparılan dağ-mədən filizinin içində tapılıb.
Hadisə ilə bağlı 3 nəfər həbs olunub.
Polis 350 milyon dollara bərabər 7 tonluq narkotiki 10 ay çəkən əməliyyatdan sonra tuta bilib.
Bundan əvvəl yanvar ayında da Boliviya polisi mədən filizinin içində gizlədilmiş 8 ton kokain ələ keçirmişdi.
Boliviya Peru və Kolumbiyadan sonra dünyanın ən böyük kokain istehsalçısıdır.
Bu ilin mayında Kolumbiya polisi 8 tona yaxın kokain müsadirə etmişdi.