Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:05

Qırğızıstan prezidentindən Türkiyəyə sərt cavab


Almazbek Atambayev
Almazbek Atambayev

Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkiyənin xarici işlər naziri Mevlut Çavusoglunun Fetullah Gülen adamlarının Qırğızıstanda çeviriliş edə biləcəyi barədə dediklərini cəfəngiyat adlandırıb.

O bunu, yerli və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib: "Bu, cəfəngiyatdır. Əgər bu qədər ağıllıdırlarsa, niyə ölkələrindəki çevirilişə vaxtında cavab verə bilmədilər? Təbii ki , bütün tövsiyələri nəzərə alacaq və bununla bağlı məlumatları araşdıracağıq. Amma bizi qorxutmaq və ya öyrətməyə ehtiyac yoxdur "deyə vurğulayıb.

Fetullah Gülen məktəblərinin Qırğızıstanda fəaliyyətinə gəldikdə prezident deyib ki, ölkədəki qırğız-türk məktəbləri Qırğızıstan Təhsil Nazirliyi-nin təhsil planı əsasında fəaliyyət göstərir.

Amma müəyyən problemlər ortaya çıxsa, araşdırlacaq.

Atambayev mətbuat konfransında Türkiyə ilə əlaqələrə də toxunub.

O, çətin zamanlarda Qırğızıstana etdiyi köməyə görə Türkiyəyə təşəkkürünü bildirib, amma qeyd edib ki, heç kimin başqa bir ölkəyə şərtlərini diktə etməyə haqqı yoxdur.

Atambayev deyib ki, biz suveren bir dövlətik və nəyin lazım olub-olmadığını özümüz həll edirik.

Qeyd edək ki, Türkiyə hakimiyyəti iyulun 15-də ölkədə törədilən uğursuz qiyam cəhdinə görə hazırda ABŞ-da yaşayan Fətullah Güleni ittiham edir.

O ittihamı rədd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG