Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:49

Xədicə İsmayıl dövlətin vəkilindən imtina etdi


Xədicə İsmayılla geniş müsahibə
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Xədicə İsmayılla geniş müsahibə

►Xədicə İsmayıl: “Yenə “yox” deyəcəklər. Ali Məhkəməyə, Avropa Məhkəməsinə müraciət edəcəyəm”

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıla dövlət hesabına vəkil verilib.

Sınaq müddəti dövründə jurnalistin ölkədən çıxışına qoyulan qadağanın götürülməsinə dair apellyasiya şikayətinə baxılarkən, Mehram Kərimov adlı bu vəkil onun hüquqlarını qorumalıydı.

Avqustun 1-də Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrliyilə hakimlər kollegiyası bu işə ilkin baxış iclası keçirilib.

İmtina qəbul edilib

Xədicə İsmayıl məhkəməyə dövlət hesabına vəkildən imtina ərizəsi təqdim edərək, imtinasını belə əsaslandırıb:

"Xahiş edirəm, dövlət vəsaitinə və vəkilin vaxtına qənaət eləyin".

Xədicə İsmayıl və Fariz Namazlı
Xədicə İsmayıl və Fariz Namazlı

Jurnalistin imtinası qəbul olunub. Xədicənin hüquqlarını ayrıca müqavilə bağladığı vəkil Fariz Hamazlı müdafiə edəcək.

Bu iş üzrə məhkəmə baxışı avqustun 15-nə təyin olunub.

Məsələ belə başlanmışdı

Sınaq müddəti dövründə Azərbaycan hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsi üçün Xədicə İsmayıl Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə 28 iyun 2016-cı il tarixli qərarı ilə jurnalistin şikayətini təmin etmədiyindən jurnalist həmin qərardan apellyasiya şikayəti verib.

Buna da bax: Xədicə İsmayıl: 'Qanunun qulağından dartmaq çətinləşib'

Daha öncə olanlar

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Ancaq o, ittihamları qəbul etmir, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Jurnalist mayın 25-də Ali Məhkəmənin qərarı və ona 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasısı kəsilməklə, sərbəst buraxılıb. Onun ölkədən çıxışına icazə verilmir.

Jurnalist iyulun əvvəllərində Kütləvi İnformasiya Vasitələrinin Tbilisidə keçirilən XIII Cənubu Qafqaz konfransına da "Skype"la qatılmışdı.

Buna da bax: Ağciyər mətbuat...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG