Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:10

Müxaliflər Hələbdə hücuma keçib


Azad Suriya Ordusunun döyüşçüsü.

Suriyalı müxaliflər Hələbin şərqində hücuma keçib.

Onlar hökumət qüvvələrinə aid bir neçə mövqeni ələ keçirdiklərini bildiriblər.

Suriya ordusu müxaliflərin hücumunu təsdiqləyib.

2012-ci ilin ortalarından Hələbin şərqi müxaliflərin, qərbi hökumətin nəzarətindədir.

Bu ilin fevral ayından Suriya ordusu şəhərin şərqini atəşə tutur. İyul ayından isə ordu nəzarəti gücləndirmək üçün atəşi artırıb.

BMT bildirir ki, Hələbdə təxminən 300 min adam ərzaq, dava-dərman sıxıntısı çəkir.

XS
SM
MD
LG