Keçid linkləri

2026, 21 İyun, bazar, Bakı vaxtı 00:15

Vaqif Musayev azad edilib

Foto arxiv
Foto arxiv

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin sabiq müavini, işadamı Vaqif Musayevin həbsxanadan azadlığa buraxıldığı bildirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə V.Musayevə yaxın mənbələr məlumat yayıb.

V.Musayev həbsdə olduğu müddət ərzində ürəyindən əməliyyat keçirilmişdi, onun səhhətinin normal olmadığı bildirilirdi.

V.Musayev Bakıda uzun müddət ət kombinatının direktoru olub. 90-cı illərdə AMİP sıralarına qoşulub. Onun bu partiyaya maliyyə dəstəyi göstərdiyi deyilirdi.

V.Musayevin 3 il əvvəl həbs edildiyi bildirilir. O, Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr, qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham edilib.

This item is part of
XS
SM
MD
LG