Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:53

‘Təmiz hava’ aylığına start verilir


Smoq (arxiv fotosu)
Smoq (arxiv fotosu)

Avqustun 1-dən Azərbaycan ərazisində ‘Təmiz hava’ aylığına start verilir.

Aylığı Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri keçirir.

Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, tədbirdə məqsəd havanın çirklənməsinə nəzarətin gücləndirilməsi, ətraf mühitin avtomobil qazlarının tərkibində olan zərərli maddələrlə korlanmasının qarşısının alınmasıdır.

Yol polisi nəqliyyat vasitələri sahiblərini avtomobillərin yanacaq sistemini tənzimləməyə və onları işlək vəziyyətdə saxlamağa, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismar etməyə çağırıb.

Yol polisi ətraf mühitin çirkləndirilməsinə yol verən şəxslərin qanunla məsuliyyət daşıdığını xatırladıb.

Sosial şəbəkələrdə isə bəzi ekspert və avtomobil sahibləri yol polisinin “Təmiz hava” aylığında sui-istifadəyə yol verməsindən gileylənirlər. Onların fikrincə, əvvəlki illərdə keçirilən belə tədbirlər çərçivəsində bəzən ciddi əsaslar olmadan belə avtomobil sahibləri cərimələnirlər.

XS
SM
MD
LG