Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 12:11

Belçikada terrorçuluqda şübhəli bilinənlər tutulub


Brüsseldə reyd.

Belçikada polis terror hücumları hazırlamaqda şübhəli bilinən iki nəfəri həbs edib.

Bildirilir ki, onlar iyulun 29-da polis reydi zamanı evlərində saxlanıblar.

33 yaşlı Nuraddin H və onun qardaşı Hamza H. iyulun 30-da məhkəmə qarşısına çıxarılıblar.

Belçika prokurorluğu bəyan edib ki, polis iki rayonda 7-dən çox reyd keçirib. Nə silah, nə partlayıcı maddə tapılıb.

Bu il martın 22-də Brüssel aeroportu və metrosunda baş verən terror hadisələrində 32 adam ölüb.

Məsuliyyəti «İslam Dövləti» adlanan qruplaşma öz üzərinə götürüb.

XS
SM
MD
LG