Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:01

Mən bu tayda, sən o tayda


İran azərbaycanından olan şair Məhmməd Nuri
İran azərbaycanından olan şair Məhmməd Nuri

-

Məhəmməd Nuri

1.
Uzananda gün
kipriklərimlə
nostalgiya səhnələri şəkil çəkdir paltarını otaq
barmaqlarını otaq
feminizm otaq
əslən otaq
o qədər otaq portağal ağacı sırasında avtobuslardan tökülsün yuxularım
şəkil
şəkil
bəzən xiyabanla şüşələrin əynindən qopan tarix kimi dir avtobus
keçir şəhərin yaddaşına bütün musafirlərilə
hər duraqda səni
xiyabanların alzeymerli kudetasında endirir şəkillərə
mənsə iki sətir öncədən
evdən çıxıb pillələri endirirdim buludlara

arada sən varsan
amma o sən deyilmiş kameraları çəkən çox perspektivlərin şəkili!
o qədər arada yoxsan
ölüm gününə saxladığım o sən
varaq varaq dodaqlarında jandarmalar gilanar ağacın altında iki səhnə qalan qırmızı ölümünü otağın əynindən çıxardanda
e
n
d
i
n
yuxuma avtobusdan

Buna da bax: "Ə.Nurullahi. O tayda bizləri bəyənib oxumurlar..."

2.


Plana düşür hər şey
barmaqlarım piano akkordlarına axarsa
şəhərin telefon simlərində
səssiz
biz
və çox şəhər bu otağın planına düşər

səni susdurmuşdum gedəm
qapı dalında qadığım səsin
dodaqlarında qəzet və olay qırmızılığın qanı açıldı
qapı bağlandı-açıldı
yox külək deyildi
- dayan deyim
dayandı.
bu otağın hava xəbərləri
sabahkı görüşməmizə bu şeirin əlin açır əlin bağlayır otağa

şəkilini bütün sanal, ələ salan kimi
dünya içimdəki qapılarda bağlı qaldı
mən bu tayda!
sən o tayda!

hansı müharibə planında
nasizim barmaqlarında pianist doğulduğu tarixim?
tamarzılı evlərin akkordun tutduğu notam ki
səsin otağın yaddaşında qalıb
pozulacaq
və sənsizliyin karnavallarila
şəhərin bus kabinlərində yarımçılıq qalacaq səsim?!

polislər sevda alışqanlısıdırlar
yoxluqlarının varmasına rəğmən
şəkilləri otaqdan çıxarıb
qırmızı axşamlarda dodaqlarının neonlu yazılarına bir axtarış kimi!!!
kim səni otağın səsindən
piano notlarına yatırdacaq?

mart ayın martıları limana boyanmışdı amma uzaqlaşan qayıq tam fevral idi!

dayan!
intihar izləridir şer
oxunuşla dodaqlarda başlanar manifestsiz
və yalnız ölüm
günəş və kölgənin ərimiş anıdır ayaqlarında
səki şəhər və avtobus

qapı döyüldü!
açan olmayacaqsa
polislər bu şeiri çox quşqulu perspektivlərə çəkər

əlindən tutsam
xiyaban ayrılar
o tayda sən,
bu tayda mən.

Buna da bax: "Taymazın Təbrizdən ayrılması"

3.
Ayaq izlərimdəki qadın
axsadır afrikalı kölgəmdəki adına şəhərin divarların
dadaizm fahişələr
fıransızın ifelsiz kataloqundada şəkil çəkdirirlər
və sənin şəkilinə yerləşən plakatlarda
çıxış edir deputatlar

Son teleqrafını Hiçkokun filimindən
sənin dodaqlanan öpuşlərındə aradım
yaz arazda yaşıl
aramda qiş, qız qızqısına qınır
çal-çapıt
canıxan canımı
biraz demokrat baldırını yax
yataqda utancaq şəkillərin qucağına

günəş ara-sıra kirkirələrdə doğranarkən
bıçaqlanır şerimin maketində tikilən adamların kölgələri
qan boyalı sözcüklər sevişir

sən terrorist
mənsə qapı arasında qalmış evlərin səsi

4.
Sərxoşdum
duymadım əllərinin toxunduğunu
iki boyutlu şüşələrdən xiyaban keçir imajlara
sarı taksiləri saxladıb döndərdinmi bu sətirlərə?
çox vaxt sərxoşluğuma oyanmadı otaq
o - yanmadı!
bu da yandı!
- dayan
- dayan deyib əl saxladırsan xiyabanın cizgilərin
duymadım muğammı alışır!
yoxsa yanğın sünbüllərin gün batarına yatır saçların!
bilirmisən?
dodaqlarının qırmızı tonlarında xiyabanların inqilab mədəniyətidir
öp məni
zavallı nəsnələrim neon fontunda kağızları xiyabana çevirsin
sərxoşdum duymadım!
sən hansı günlərin ləçəyini buludlara pay verib
payızı paylaşdın bağçamızda?
hərnədən öncə pəncrəni açmalıyam
bir qucaq pərdə əsim
dayansın sətirlər
oyansın otaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG