Bu gün Yerevanda etiraz aksiyası gözlənilir.
İyulun 28-i, axşam saatlarında şəhərin Azadlıq meydanından prezident Serj Sarkisyanın iqamətgahına planlaşdırılan yürüş yarımçıq dayandırılıb.
Aksiyaçılar Azadlıq meydanına qayıdıblar və burada leysan yağışı və şimşəyə görə mitinq iyulun 29-a keçirilib.
Mitinq iştirakçıları iyulun 17-dən Yerevanın Erebuni rayonunda polis binasını tutmuş silahlı dəstəyə həmrəylik bildiriblər.
Aksiyada müxalifətdə olan İrs partiyasından millət vəkili Armen Martirosyan da iştirak edib.
O aksiyaçıları “sabahadək evlərinə dağılışmağa çağırıb və mübarizənin davam etdiriləcəyini bildirib.
Başqa bir məlumata görə isə elə həmən gün polis binasında olan həkimlərə yemək və dəva-dərman çatdırılıb.
Bunu “Armenpress” agentiyinə təcili tibbi xidmətin rəhbəri Taqui Stepanyan deyib.
Qeyd edək ki, bir qrup silahlı iyulun 17-də Erebunidəki polis binasını zəbt ediblər.
Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.
Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.
Sonradan onlar bütün girovları azad ediblər.
Həmin gündən bu yana şəhərdə etiraz aksiyaları keçirilir.
Polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 50-ə yaxın adam xəsarət alıb.