Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:04

Əhalinin 40 milyon manatını kim ödəyəcək?


Manat
Manat

Lisenziyaları ləğv edilən «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-də 40 mln. manata yaxın qorunmayan əmanət var.

«Report» xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun bildirməsinə görə, bağlanmış bankların həmin vəsaiti sahiblərinə qaytarmağa imkanları var.

Ancaq bu deyilənlərə banklar özləri, hələlik, mövqe bildirməyiblər.

A.Cavadov sözügedən banklarda 110 mln. 714 min manat da qorunan əmanət olduğunu söyləyib. O qeyd edib ki, həmin pulun ödənilməsindən ötrü Mərkəzi Bankdan kredit götürüləcək.

Buna da bax - Daha bir neçə bank bağlana bilər?

İyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-nin lisenziyasını ləğv edib.

Palata bildirir ki, aktivlərini qanunvericiliyə uyğun təsnifləşdirmədiklərinə və mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına görə sözügedən banklar bağlanıb. MBNP təhrif olunmuş hesabat təqdimini, bütövlükdə cari fəaliyyətin etibarlı qaydada yönəldilməməsini, nəzarət qurumunun yazılı göstərişlərinin yerinə yetirilməməsini də lisenziyaların geri alınmasına əsas sayıb.

Bu ilin əvvəlində də Azərbaycanda 6 bankın lisenziyası alınmışdı.

XS
SM
MD
LG