Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 23:06

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin 0.15 dollar ucuzlaşdığı bildirilir. «Layt» markalı neftin bir barrelinin 43.18 dollara satıldığı qeyd edilir.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında da «Brent» markalı neftin 44.84 dollara düşdüyü açıqlanır.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti də 1.06 dollar ucuzlaşıb. Hazırda Azərbaycan neftinin 44.25 dollara satıldığı bildirilir. Bir müddət öncə Azərbaycan nefti 50 dolları keçmişdi.

Azərbaycan neftinin «qızıl dövrü» 2008-ci ildə olub. Onda «AzəriLayt» markalı neftin bir barreli 149 dollara satılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG