Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:02

'Qəbələ'nin çətin səfərdə qollu heç-heçəsi


Foto arxiv
Foto arxiv

İyulun 28-i «Qəbələ» klubu futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib. Qəbələ şəhərinin eyniadlı təmsilçisi səfərdə əksər futbol ekspertlərinin gözləntilərinin əksinə, Fransanın «Lill» klubu ilə 1:1 hesablı bərabərliyə qalıb.

Elə hesabı da ilk hissənin 13-cü dəqiqəsində Roman Grigorchuk-un yetirmələri açıb. Ev sahibləri ikinci hissənin əvvəlində hesabda tarazlığı bərpa ediblər. Sonrakı dəqiqələrdə başqa qol olmayıb. Cütün taleyini həll edən cavab qarşılaşması bir həftə sonra Azərbaycanda keçiriləcək. «Qələbə»yəplay-off mərhələsinə adlamağa qolsuz bərabərlik belə kifayət edir.

«Qəbələ» I təsnifat mərhələsində «Samtredia» (Gürcüstan), II təsnifat mərhələsində isə MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdırıb.

XS
SM
MD
LG