Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:18

Atəşkəslə bağlı 28 iyul açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 12 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndindən Qazax rayonunun Quşçu Ayrım kəndi atəşə tutulub.

Bundan başqa, Berd rayonundan da Tovuz rayonunun Muncuqlu kəndinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər, Füzuli, Cəbrayıl və Goranboy rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG