Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 21:57

Balotelli "Beşiktaş" da oynaya bilər


Mario Balotelli

"Liverpul"un futbolçusu Mario Balotelli Türkiyənin "Beşiktaş" klubunda oynaya bilər.

"Fanatik" qəzetinin məlumatına görə, “Beşiktaş”ın prezidenti Fikrət Orman italiyalı hücumçu ilə maraqlandıqlarını deyib.

O, Mario Balotellinin də Türkiyə klubunda oynamağa müsbət yanaşdığını deyib.

"Beşiktaş"ın yaxın günlərdə bu transferlə bağlı "Liverpul"la danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Balotelli hazırda icarə əsasında İtaliyanın “Milan” klubunda oynayır.

XS
SM
MD
LG