Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:45

Goranboy və Tovuzda intihar olduğu deyilir


İntihar (arxiv fotosu) (Shutterstock)
İntihar (arxiv fotosu) (Shutterstock)

İyulun 23-ü Azərbaycanda intihar hadisələrinin baş verdiyi bildirilir.

APA-nın xəbərinə görə, gecə saatlarında Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində 64 yaşlı Məhkəmə Yusifovun yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Onun intihar etdiyi güman edilir. Ancaq bunun hansı səbəbdən baş verdiyi, hələ ki, məlum deyil.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

İyulun 23-də Tovuz rayonunun Qovlar şəhərində də intihar hadisəsinin baş verdiyi bildirilir. APA-nın xəbərinə görə, şəhərdə Vidadi Allahverdiyevə məxsus evdə yanğın baş verib. Hadisə yerinə gələn 3 yanğınsöndürmə avtomobili və canlı qüvvənin səyi nəticəsində alovun söndürüldüyü qeyd edilir.

Həyətdə ev sahibi 55 yaşlı Vidadi Allahverdiyevin də asılmış meyiti aşkarlanıb.

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

Onun da evini yandırıb, intihar etdiyi ehtimal edilir. Ancaq hadisənin qətl yoxsa intihar olduğunu hüquq mühafizə orqanları müəyyən etməlidir.

XS
SM
MD
LG